Be. İyn 21st, 2021

Füzulidə inşa edilən yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın AARDVARK şirkətindən mütəxəssis dəvət edilib.

Trend-in Füzulidəki müxbirinin verdiyi məlumata görə, şirkətin nümayəndəsi Devid Klark bildirib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:

“Gün ərzində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər”.

O qeyd edib ki, Azərbaycanda olduğu müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydalarını öyrədəcək: