Ca. İyn 24th, 2021

Gənclər və İdman Nazirliyi Qarabağ məsələsində iki istiqamətdə fəaliyyətə başlamaq niyyətindədir.

bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, birincisi, Qarabağın dirçəldilməsi yönündə gənclərin rolu, həmin ərazilərdə müxtəlif gənclər layihələrinin icrası ilə bağlıdır.

“Bu layihələr müxtəlif festivallar, konsertlər, düşərgələrin təşkili və liderlik məktəblərindən ibarət olacaq. Digər istiqamət isə Vətən müharibəsində iştrak etmiş gənclərimiz, şəhid ailələri və qazilərlə bağlı görüləcək planlarla əlaqəlidir”.