Şb. İyn 19th, 2021

2021-ci ilin yanvarında Azərbaycanın axtarış sistemi bazarında 96,14 faiz paya sahib olan “Google” ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Dekabr ayı ilə müqayisədə “Google” axtarış sisteminin payı 0,28 faiz artıb.

Hesabat dövründə “Yandeks.Poisk” axtarış sisteminin payı 0,01 faiz azalaraq 2,29 faiz təşkil edib.