Ç. İyn 23rd, 2021

2021-ci ilin yanvarında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı ötən ilin dekabr ayı ilə müqayisədə 0,33 faiz artıb.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 78,02 faiz təşkil edib.

“Safari” brauzerinin yanvar ayında payı dekabrla müqayisədə 0,92 faiz azalaraq 9,56 faiz təşkil edib.