Şb. İyn 19th, 2021

2 Fevral “Gənclər günü” münasibəti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Tədbirdə ilk olaraq 2020-ci ildə Gənclər v İdman nazirliyinin gördüyü işləri özündə əks etdirən video çarx nümayiş olunub.

Daha sonra Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun gənclərə təbrik və müraciətlərindən ibarət video çarx təqdim olunub.

Tədbir çərçivəsində, hər il olduğu kimi bu il də Gənclər və İdman nazirliyi tərəfindən ötən, 2020-ci ildə mədəniyyət, elm, təhsil, rəssamlıq, bəstəkarlıq, foto, memarlıq və ictimai sahələrdə fəallıqları ilə fərqlənən 62 gənc və gənclər təşkilatlarına nazirliyin pul mükafatı və diplomları təqdim olunub.