Ca. İyn 24th, 2021

Göyçay rayonunda koronavirus infeksiyasına qarşı tibb işçilərinin peyvəndlənmə prosesi davam etdirilir.

Göyçay rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yanvarın 21-dən peyvəndlənmə prosesi aparılır:

“Bu günə qədər artıq 772 nəfər səhiyyə işçisi peyvəndlənib. Ümumilikdə, 1070 nəfər səhiyyə tibb işçisi var. Onlardan bəziləri COVID -19 virusuna yoluxduğu üçün həmin şəxslərə peyvənd vurulmayacaq. Bundan başqa tibb işçiləri arasında 36 nəfər analıq məzuniyyətində olduğundan həmin şəxslər də peyvəndlənmə prosesindən kənarda qalacaq. Qalan şəxslərin hamısı könüllü peyvənd olunmaq üçün müraciət edib. Hazırda proses davam etdirilir”.