Ca. İyn 24th, 2021

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində ərazilərinin işğalına son qoydu və ərazi bütövlüyünü təmin etdi. İndi isə qarşıda duran əsas vəzifə həmin ərazilərin bərpası və yenidən qurulmasıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti həmin ərazilərin bərpa edilməsinə xüsusi önəm verir və bu istiqamətdə işlərə artıq başlanılıb və infrastrukturun bərpası istiqamətində fəal işlər aparır:

“Həmin ərazilərdə bərpa işləri cənab Prezidentin xüsusi diqqət mərkəzindədir. O ərazilər bizim üçün böyük önəm daşıyır. Eyni zamanda həmin ərazilərin bərpası dövlətimiz tərəfindən müəyyən edilən ardıcıllıqla həyata keçirilməlidir. Dövlət başçısı öz çıxışında bu məsələyə dəfələrlə toxunub. İşğaldan azad edilmi ərazilər ilk növbədə minalardan təmizlənməlidir. Daha sonra düşmənin 30 ildir torpaqlarımıza vurduğu ziyan araşdırılıb qiymətləndirilməsi aparılmalıdır. Yalnız bundan sonra həmin ərazilərdə infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin tikilməsinə və yaşayış üçün şərait yaradılması, evlərin tikilməsinı başlanıla bilər.