Ça. İyl 27th, 2021

Koronavirus pandemiyası səbəbindən 2020-ci il bütün dünyada olduğu kimi Azərbaycanda bir çox biznes sahələri üçün çətin dövr kimi yadda qaldı.

Çətinliklərə baxmayaraq İnvest-AZ İnvestisiya Şirkəti ötən, 2020-ci ili uğurla başa vuran şirkətlərdəndir.

Belə ki, 2020-ci ilin sonuna şirkətin bölüşdürülməmiş mənfəəti 1,8 milyon manata çataraq fəaliyyət dövrü ərzində «İnvest-AZ»ın ən yüksək göstəricilərdən biri olub.

Bu, həmçinin sektor üzrə də ən yüksək göstəricilərdən biridir.