Şb. İyn 19th, 2021

İran İslam Respublikası orbitə yeni raket-daşıyıcı qurğu buraxıb.

APA xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.

“Zülcanax” adlandırılan qurğu İran raketləri arasında ən güclü qatı yanacaq mühərrikinə malikdir.

“Raket daşıyıcısını işə salmaq üçün qatı yanacaqdan ilk dəfə istifadə edilib. Bu raket aparatı 220 kq ağırlığında bir peyki 500 kilometr hündürlüyə atma qabiliyyətinə malikdir”, – məlumatda bildirilib.