Be. İyn 21st, 2021

Fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, Mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamlayıb, ötən ilin mədəniyyət mənzərəsinə nəzər salıb. İl ərzində Mədəniyyət Nazirliyi tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən layihələrin pandemiya şəraitində insanlarının asudə vaxtının səmərəli təşkilinə töhfə olmaqla yanaşı, yaradıcı insanlar üçün əlavə stimul olduğunu vurğulayıb.

2020-ci il eyni zamanda Azərbaycanın tarixinə şanlı Qələbə ilə yazıldığını bildirən nazir Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Mədəniyyət Nazirliyinin də səylərini əsirgəmədiyini, müharibənin gedişində və ondan sonrakı mərhələdə müxtəlif beynəlxalq təşkilatlara və onlarla ölkəyə edilən müraciətlərin, yayılan bəyanatların, reallaşdırılan layihələrin Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı həyata keçirdiyi vandalizm siyasətinin daha böyük miqyasda nümayişinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Anar Kərimov “Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək Proqramı”nın hazırlandığını, proqramın strateji istiqamətlərinin mədəniyyət və irsin tədqiqi, qorunması və inkişafı, insan və cəmiyyətin inkişafı, həmçinin mədəniyyətimizin beynəlxalq aləmdə qorunması və təbliğini əhatə etdiyini diqqətə çatdırıb.