Be. İyn 21st, 2021

Bəzi iş və xidmət sahələrinin, o cümlədən məktəblərdə tədrisin bərpa olunması şəhər yollarında yenidən sıxlığa səbəb olub.

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejiminin yumuşaldılması paytaxda nəqliyyat vasitələrinin hərəkətində intensivliyin artmasına səbəb olub: “Xüsusilə, paytaxtın “20 Yanvar”, “Şamaxinka”, “Tbilisi prospekti” və “Şimal qapısı” adlanan ərazilərindən mərkəzə doğru güclü sıxlıq müşahidə olunur.

Rəsmi statistikaya görə, hər 4 avtomobildən biri sözügedən ərazilərdə ən azı bir dəqiqə saxlayaraq sərnişinlərin düşməsini gözləyir. Bundan başqa, vətəndaşların piyada keçidlərindən istifadə etməməsi də yollarda sıxlıq yaradan səbəblərdəndir.”