Be. İyn 21st, 2021

Fevralın 2-də İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb.

Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Videoformatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri və Nazirliyə tabe olan strukturların rəhbərləri iştirak edib.

Əvvəlcə İqtisadiyyat Nazirliyinin şəhid olmuş əməkdaşının, habelə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.