Ca. İyn 24th, 2021

Milli Məclisdə koronavirusla bağlı keçiriləcək dinləmənin tarixi məlum olub.

APA-nın məlumatına görə, bu, parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitələrinin 2021-ci il 4 fevral tarixli birgə iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” videokonfrans formatında keçiriləcək birgə dinləmə Parlamentin Səhiyyə komitəsinin 2021-ci il yaz sessiyası üçün qanunvericilil işləri planına daxil edilmişdi.