Be. İyn 21st, 2021

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının üçüncü həftəsi də uğurla başa çatıb.

MDU-da imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

Cari imtahan sessiyasının 25-29 yanvar tarixlərini əhatə edən növbəti həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2452 tələbənin 211 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən təşkil olunan imtahanlarda yalnız 3 tələbə iştirak etməyib. İmtahan vermiş tələbələrin 42,6%-i 51-100 bal, 36,0%-i 71-100 bal, 21,3%-i isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 3 tələbənin qeyri-kafi qiymət aldığı üçüncü imtahan həftəsində 4 tələbənin Appelyasiya Komissiyasına müraciəti qeydə alınıb.

Magistratura səviyyəsində isə 22 qrup üzrə ümumilikdə 40 imtahan keçirilib və 100% iştirakçılıq qeydə alınıb. Magistrantların 20,0%-i 71-100 bal, 75,7%-i isə 91-100 bal ilə qiymətləndirilib.