Şb. İyn 19th, 2021

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs 19 gün sonra xəstəxanada ölüb 

APA-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini İdrisov Ülvi Kamran oğlu  yanvar ayının 12-də yol qəzasında ağır xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib. 

Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ülvi İdrisov  gecə saatlarında xəstəxanada keçinib. 

Qeyd edək ki, yanvarın 12-də Naxçıvan küçəsində “Opel” markalı maşının idarəetmədən çıxaraq aşması nəticəsində ikisi ağır olmaqla, 3 nəfər xəsarət almışdı.