Be. İyn 21st, 2021

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərindən birindən oğurluq edən şəxs saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub. Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurub.

Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə qurudulmuş maruxuana da aşkar edilib.

Qeyd edək ki, R.Abdullayev oğurladığı məişət əşyalarınını bir qismini yaşadığı evə gətirib. Həmin əşyalar onun mənzilindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.