Ç. İyn 23rd, 2021

“Bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində bildirib.

O qeyd edib ki, ölkənin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır, onlardan  38 272 nəfəri 35 yaşadək  olan gənc müəllimdir:

“Gənc müəllimlərimizin simasında bütün gəncləri  2 Fevral – Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram”.