Şb. İyn 19th, 2021

Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Nyu-Yorkda yaşayan soydaşımız Telman Cəlilin təşəbbüsü ilə “Turan” adlı musiqi ansamblı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Telman Cəlil bildirib ki, ansamblın yaradılmasında başlıca məqsəd Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və təbliğ etmək, ölkələrimiz arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirməkdir. Eyni zamanda, “Turan” ansamblı maarifçilik missiyasını da yerinə yetirmək niyyətindədir. Ansamblın üzvləri Azərbaycanın xalq musiqisinə marağı olanlar üçün dərslər də təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Telman Cəlil həm də 2012-ci ildə Nyu-Yorkda təsis edilmiş “Azərbaycan Mədəniyyət Mərkəzi”nin (“Azerbaijan Cultural Center NY” – ACCNY) rəhbəridir.