Be. İyn 21st, 2021

“Ölkəmizdə məhkəmə islahatları gedir. Amma biz Milli Məclis olaraq hələ Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü görməmişik. Ali Məhkəmə bu sahədə ciddi qanunvericilik təşəbbüsü ilə çıxış etməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Baş Prokurorluğa da, Naxçıvan Ali Məclisinə də qanunvericilik təşəbbüsləri hüququnun olması xatırladılmalıdır: “Milli Məclisdə ancaq Prezidentin imzası ilə gələn qanunlar qəbul edilir. Bu, əslində, doğrudur. Amma digər qurumların da qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Bu, onlara xatırladılmalıdır”.