Be. İyn 21st, 2021

Məlum olduğu kimi, 2020-ci il bütün bəşəriyyət üçün fərqli təəssüratlarla yadda qaldı.

“AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, “COVİD-19” adlandırılan təhlükəli yoluxucu xəstəliyin müşayiətilə demək olar ki, bütün dünya ilin əhəmiyyətli hissəsini sərt karantin rejimlərinin məhdudiyyətləri ilə yaşadı. Bu məhdudiyyətlər insanların məişətindən tutmuş, qlobal iqtisadiyyata, ölkələr arasındakı münasibətlərə qədər öz mənfi təsirlərini göstərdi:

“Koronavirus dünya iqtisadiyyatını böhran təhlükəsiylə üz-üzə qoydu və bu, son 100 ilin ən ciddi hadisələrindən biri kimi tarixə düşdü. Yüz minlərlə insanın bu virusdan dünyasını dəyişməsi, milyonlarla insanın hələ də bu xəstəlikdən əziyyət çəkməsi isə bu problemin ən faciəli tərəfidir. Ümid edirik ki, bütün bəşəriyyət tezliklə bu bəladan xilas olacaq, pandemiyanın mənfi təsirləri aradan qalxacaq və həyat yenidən öz axarına qayıdacaq.