Ca. Avq 5th, 2021

Sumqayıt şəhər ərazisində yerləşən bütün ümumtəhsil məktəblərində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz sosial təhlükəli vəziyyətdə olan, çətin tərbiyə olunan, zərərli vərdişlərə meylli olan şagirdlərin tərbiyəsi və təhsil alması üçün tədbirlərin həyata keçirilməsi, eyni zamanda erkən nikahların qarşısının alınması məqsədilə şəhər ərazisində yerləşən bütün orta ümumtəhsil məktəbləri təhsildən yayınan yuxarı sinif şagirdlərinin təhsilə cəlb edilməsi məqsədilə Təhsil şöbəsi və Polis İdarəsi ilə birgə əməkdaşlıq şəraitində 8 uşaq təhsilə cəlb edilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası üçün göstərilən orqanlar (qurumlar) tərəfindən 2020-ci ilin  iyul-dekabr ayları ərzində görülmüş işlər barədə daxil olan məlumatlara əsasən hazırlanan cədvəldə əksini tapıb. Cədvələ əsasən, övladını təhsildən yayındıran 2 valideynə xəbərdarlıq edilib. 

Bildirilib ki, İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına nikah yaşının azaldılması ilə bağlı 9 müraciət daxil olub və 2 uşağın üzrlü səbəbləri nəzərə alınaraq nikah yaşı azaldılıb.