Be. İyn 21st, 2021

Perunun dövlət televiziyası olan “TV Peru” kanalında Vətən müharibəsinin yekunları ilə bağlı reportaj efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, verilişdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın 1994-cü ildən bəri Ermənistanın hərbi işğalı altında olan ərazilərinin bir qismini azad etdiyi və tərəflər arasında imzalanmış 10 noyabr bəyanatının tələblərinə əsasən, darmadağın edilmiş Ermənistan ordusunun işğalda saxladığı digər ərazilərimizi tərk etdiyi məlumat verilib.

Telekanalın Perudakı səfirimiz Məmməd Talıbovla olan müsahibəsinə də istinad edildiyi reportajda azad olunmuş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və bu ərazilərdə illər öncə etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün yenidən öz doğma yurdlarına qayıtmaları üçün hazırda Azərbaycan tərəfindən zəruri infrastrukturun bərpa edilməkdə olduğu bildirilib.

Səfir müsahibəsində aparıcının sualına cavab olaraq müharibə zamanı əsir düşmüş hərbçilərin qarşılıqlı olaraq dəyişdirildiyini, hazırda Azərbaycan tərəfindən saxlanılan qeyri-qanuni erməni silahlılarınınsa atəşkəs bəyanatı imzaladındıqdan sonra həbs edildiyini, bu şəxslərin qisascı qüvvələrə xidmət edən diversantlar olduğunu və Azərbaycan ərazisində terror aktları törətməyə cəhd etdiklərini qeyd edib.