Ca. Avq 5th, 2021

ABŞ-ın “Pfizer” şirkəti COVID-19 peyvəndinin satışından 15 milyard dollar məbləğində gəlir əldə etməyi proqnozlaşdırır.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, “Pfizer”in bu proqnozu 2021-ci ili əhatə edir.

 

Şirkət 2021-ci ildə digər məhsulların satışından isə 59,4-61,4 milyard dollar arasında gəlir əldə etməyi gözləyir.