Ç. İyn 23rd, 2021

Möhtərəm cənab Prezident.

Sizin sayənizdə Qarabağda qazanılan böyük Zəfər münasibətilə Zati-alinizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu qalibiyyət ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin müdrik və uzaqgörən siyasətinizin, möhkəm iradənizin, qətiyyətli mövqeyinizin nəticəsidir.

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Sizin bütün çıxışlarınızı və müsahibələrinizi xüsusi diqqətlə izləmişəm. Siz hər çıxışınızda mütərəqqi fikirlər səsləndirməklə Azərbaycan xalqının kin və nifrət hisslərindən uzaq, xeyirxah və sülhpərvər xalq olduğunu bütün dünyaya nümayiş etdirdiniz. Azərbaycanın əzəli və doğma torpaqlarının işğaldan azad edilməsi, Siz də vurğuladığınız kimi, tarixi ədalətin bərpasıdır.

İnanıram ki, qazanılmış böyük Zəfərlə həm Azərbaycanın, həm də ümumilikdə regionun inkişafı daha da sürətlənəcək.

Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycan dövlətinin inkişafı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Allah Sizi hər bəladan qorusun.

Dərin ehtiram və hörmətlə,

Mohammadavali Heydər, İran azərbaycanlısı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.