Şb. İyn 19th, 2021

Əziz Prezidentim, Müzəffər Ali Baş Komandan.

Çox sevinirəm ki, zəfər tarixini Sizin rəşadətli göstərişinizlə yaza bildik. Sizin etimadınız bütün hərbi xidmətdə olan igidləri qələbəyə addımlatdı. Ən böyük sevinci də mənə yaşatdığınız əziz atamı – Baş leytenant Əliyev Müslüm Hacıbaba oğluna göstərdiyiniz etimad oldu. Dəyərli Prezidentim, insanın ən böyük istəyi ona valideyn nəzarəti olmasıdır. Ən xoşbəxt adamam ki, Sizə ünvanladığım məktub tezliklə öz yerini tapdı, bizə qələbə hissini yaşatdı. Əziz Prezidentim, biz bir ailə olaraq həmişə Sizin xidmətinizdə və Azərbaycanlı olaraq Sizin arxanızdayıq. Biz qürur duyuruq ki, əzəli Azərbaycan torpaqları öz tarixi yerini bərpa etdi. Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Hacıbabazadə Sübhan Müslüm oğlu.

Azərbaycan Respublikası, Astara rayonu.