Ç. İyn 23rd, 2021

Qarabağ zəfəri 2020-ci ilə damğasını vurub. Bu zəfər türk dünyasının əldə etdiyi ən şanlı qələbələrdən biridir.

bunu Bakəda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Sədrinin müavini Mevlüt Karakaya mətbuat üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanın Şuşanı azad etməsi qələbəni şərtləndirən amillərdən biri olub.

M.Karakaya qeyd edib ki, Şuşa qələbəsindən sonra MHP başqanı Dövlət Baxçalı övladlarımızın təhsilinə dəstək üçün Şuşada orta məktəbin tikilməsini təşəbbüs edib:
“Bizə bu məsələ ilə bağlı tapşırıq verilib. Bu məqəsdlə Bakıya gəldik. Biz Prezident İlham Əliyev və təhsil naziri ilə görüşdük. Bu gün cənab İlham Əliyev bizi qəbul etdi və çalışmalarımız haqqında məlumat aldı, məktəbin yerinin müəyyən edilməsi ilə bağlı tapşırıq verdi və bu məsələnin tez bir zamanda həll edilməsi ilə bağlı göstəriş verdi. Biz partiya adından cənab Prezidentə təşəkkür edirik”.