Ç. İyn 23rd, 2021

Qarabağ regionunda ermənilər tərəfindən istifadə edilən və edilməmiş bütün yataqlar yenidən diaqnostikadan keçiriləcək.

bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişlərində Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, ən böyük filiz yataqları Tərtər, Kəlbəcər, Zəngilan rayonlarındadır: “Burada həm filiz, həm qeyri-filiz yataqları geniş yayılıb. Əslində, burada 167 yataq var. Amma təhlillər göstərir ki, Qarabağ bölgəsi və ətraf rayonların ərazisində minerallaşma təzahürləri mövcuddur. Burada axtarış kəşfiyyat işləri aparmaqla yeni-yeni yataqların açılması mümkündür”.

Ə.Əliyev qeyd edib ki, Laçın da faydalı qazıntı yataqlarının çox olduğu ərazidir: “Burada qarışıq və zəngin faydalı qazıntı yataqları var. Hesab edirəm ki, bu, ən yaxın zamanlarda orada müxtəlif dağ-mədən sənayesinin qurulmasına və inkişaf etdirilməsinə xidmət edəcək”.