Şb. İyn 19th, 2021

Türkiyənin Qars şəhərində “Qış təlimi-2021″ Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayıb.

Trend bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, təlim çərçivəsində mərmi atışları həyata keçirilib.

Birgə təlimlər fevralın 1-dən 12-dək davam edəcək.