Ca. İyn 24th, 2021

Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu,regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.

bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə əksini tapıb.

Sənəddə qeyd edilir ki, regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.

Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.