Bz. İyn 20th, 2021

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Gənclər günü ərəfəsində BANM-in tələbə təşkilatlarının sədrləri ilə görüş keçirib.

Rektor tələbə təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirələr aparıb, tətbiq olunan yeniliklərin tələbələrə çatdırılmasında operativliyin təmin edilməsi, tələbə təşkilatlarının rolunun genişləndirilməsi ilə bağlı təklifləri dinləyib.

E.Qasımov I kursların tələbə təşkilatları barədə daha yaxından məlumatlandırılması məqsədilə tələbə təşkilatlarının rəhbərlərinin fəaliyyətinin daha da aktivləşdirilməsini tövsiyə edib.

Sonra təşkilat rəhbərləri pandemiya dövründə həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib, fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərlə çıxış ediblər.