Şb. İyn 19th, 2021

Braziliyanın Rio-de-Janeyro prefekturası Formula-1 avtomobil yarışları üçün yeni trassın tikintisindən imtina edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə meqapolisin ətraf mühitin mühafizəsi üzrə katibliyinin rəhbəri Eduardo Kavalyeri deyib.

“Biz misilsiz təbii irsin – Kamboat meşəsinin məhv edilməsi barədə fikirlərə belə icazə verə bilmərik. Bu obyektə təbiətin qorunma zonası statusunun verilməsi məsələsini bir daha nəzərdən keçirəcəyik. Rəsmi olaraq Deodoruda yerləşən Kamboat meşəsində beynəlxalq Rio-de-Janeyro trassını inşa etməkdən imtina edirik”, – məmur yeni şəhər administrasiyasının qərarını izah edib.

Daha əvvəl Formula-1 Braziliya Qran-prisini Rio-de-Janeyroya köçürməyə razılıq verib, lakin sonradan 2025-ci ilə qədər yarışların San-Paolodakı “İnterlaqos” trassında davam etdiriləcəyini elan edib.