Be. İyn 21st, 2021

Rusiya Böyük Britaniya ilə uçuşların dayandırılması müddətini fevralın 16-a qədər uzadıb.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə yeni koronavirus infeksiyasının daxili yayılmasına qarşı əməliyyat qərargahı məlumat verib.

“Rusiyada yeni koronavirus infeksiyasının yayılmasına qarşı əməliyyat qərargahı Böyük Britaniya ilə hava əlaqəsinin dayandırılmasını 16 fevral 2021-ci il saat 23:59-a qədər uzatmağa qərar verdi”, – qərargahın məlumatında deyilir.

Qərargah qərarın əhalinin sağlamlığının qorunmasını təmin etmək üçün verildiyini bildirib.