Ça. İyl 27th, 2021

Klinik sınaqların üçüncü mərhələsinin nəticələrinə görə Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi təhlükəsiz və təsirlidir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat “The Lancet” elmi jurnalında dərc olunub.

“Sputnik V” peyvəndinin effektivliyi 91,6 faizdir.

Sınaqlar zamanı peyvənd vurulan 19 866 könüllünün 78-i infeksiyaya yoluxub. 60 yaşdan yuxarı könüllülər arasında peyvənd 91,8 faiz effektiv olub.

Bildirilib ki, peyvənd ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.