Ç. İyn 23rd, 2021

Sədərək Ticarət Mərkəzi bazar ərazisində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Qurumun İdarə Heyətindən Trend-ə verilən məlumatda bildirilir ki, baş verən hadisənin ticarət mərkəzinə heç bir aidiyyəti yoxdur:

“Ərazi olaraq hadisə “Sədərək” Ticarət Mərkəzinin sahəsində baş verib. Amma həmin ərazidəki dükan şəxsi sahibkara məxsusdur. Hadisənin baş verdiyi yük lifti isə qanunsuz quraşdırılıb. Sahibkar əgər öz mağazasında hansısa bir qaldırıcı qurğu, yük daşıyan vasitə quraşdırırsa, bunun üçün Fövqəaldə Hallar Nazirliyindən rəsmi icazə almalıdır. Sahibkar bu məqsədlə Fövqəladə Hallar Nazirliyinə müraciət edir, nazirliyin mütəxəssisləri əraziyə və qurğuya baxış keçirir, əgər qurğu standartlara cavab verirsə, həmin cihazın quraşdırılmasına icazə verilir.

Amma bu sahibkar həmin qurğunu kustar üsulla özü quraşdırdığı üçün heç bir aidiyyəti qurumdan icazə almayıb, qanunsuz hərəkətlərə yol verib. Nəticədə həmin qurğu ilə üçmərtəbəli mağazaya yük qaldırarkən tros qırılıb və bu da bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib”.