Ç. İyn 23rd, 2021

Yanvarın əvvəlində fevral-mart aylarında gündəlik neft hasilatını əlavə 1 mln. barel azaldacağına söz verən Səudiyyə Ərəbistanı planı həyata keçirməyə başlayıb.

APA-Economics” xəbər verir ki, bu barədə TASS-a OPEC-in nümayəndəsi deyib.

“Doğrudur, Səudiyyə Ərəbistanı fevral ayının əvvəlindən hasilatını günə 1 mln. barel azaltmağa başlayıb”, – deyə mənbə qeyd edib.

Beləliklə, OPEC-in ən böyük neft istehsalçısı yanvar ayında xam neft hasilatını 1,88 mln. barel azaldaraq 9,1 mln. barelə endirdisə, fevral-mart aylarında Səudiyyə neftinin hasilat həcmi 8,1 mln. barelə enəcək.

Krallığın Enerji Nazirliyi bu məlumatı hələ şərh etməyib.

Xatırladaq ki, yeni “OPEC+” razılaşmalarının icrasına 2020-ci ilin may ayında gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə start verilib, avqust ayından isə alyans məhdudiyyətləri 7,7 mln. barelədək yumşaltdı və yanvar ayında 7,2 mln. barelədək azalma barədə razılığa gəlib. Bundan 1,881 mln. bareli Rusiyanın öhdəliyinə düşüb.