Be. İyn 21st, 2021

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində pambıq zavodunun qarşısında qeydə alınıb. 

“Mercedes” markalı avtomobillə “Mercedes Vita” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri – 1961-ci il təvəllüdlü Umudov Rafiq Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Bağırova Nərminə Rafiq qızı və 2000-ci il təvəllüdlü Quliyev Xəyal Vidadi oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.