Bz. İyn 20th, 2021

“Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb, yeraltı parklar tikilib. Amma içərisinə girirsən, futbol meydançasına oxşayır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, təxminən on minlərlə maşının saxlanılması üçün yeraltı parklar var: “Amma içərisi bomboşdur. Çünki ora 7-8-9 manat qiymət qoyub. Aya vuranda bu 300 manata yaxın pul edir. Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar? Bu qiymətlər aşağı salınmalıdır. Aidiyyəti strukturlar buna da baxmalıdır”.