Ç. İyn 23rd, 2021

Sevindirici haldır ki, sürücülər artıq avtobus zolağının tələbinə əməl etməyə başlayıblar.

bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat ximətinin rəhbəri Mais Ağayev deyib. Onun szölərinə görə, nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunsa da, avtobuslar zolaq boyunca maneəsiz hərəkət edirlər:

“Söhbət Rəşid Behbudov küəsindən gedir. Bu cür davam edərsə R.Behbudov küçəsindən keçən 10 marşrut xətti üzrə 150 avtobusun intervalında stabilləşmə olacaq və intervallardakı gecikmələr də azalacaq.

Qaydalara əməl edib avrobus zolağını boş saxladığı üçün sürücülərə təşəkkür edirik. Ümid edirik ki, sürücülərimiz zolaqların olduğu digər küçələrdə də anlayışla yanaşıb avtobusların maneəsiz hərəkətinə imkan yaradacaqlar”.