Şb. İyl 24th, 2021

Türkiyənin İzmir şəhərində daha bir zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 23:46-da 4,8 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, son sutka ərzində Karaburunda 4-cü güclü təkandır. 

Belə ki, fevralın 1-də Karaburun rayonunda yerli vaxtla saat 08:46-da 5.1 bal, 1 dəqiqə sonra isə 4.7 bal gücündə zəlzələ qeydə alınıb.