C. İyl 30th, 2021

Türkiyənin İzmir şəhərində ard-arda iki zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 08:46-da 5.1 bal gücündə zəlzələ baş verib.

Bir dəqiqə sonra isə 4.8 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və itki barədə məlumat yoxdur.