Ca. İyn 24th, 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 124 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 719 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 016, ağır xəstələr isə 1 615 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 485 182 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 740 431 nəfər sağalıb, 26 117 nəfər isə ölüb.