Be. İyn 21st, 2021

Türkiyədə koronavirusa qarşı peyvəndləmə prosesi davam edir.

prosesin başladığı yanvarın 14-dən bu günədək ölkədə peyvəndlənənlərin sayı 2 milyon nəfəri keçib.

İstanbulda 348 mindən çox, paytaxt Ankarada 195 mindən çox şəxs peyvənd olunub.

Qeyd edək ki, Türkiyədə bu günədək 2 477 463 nəfər koronavirusa yoluxub. Onlardan 25 993 nəfər ölüb, 2 362 415 nəfər sağalıb.