Şb. İyl 24th, 2021

Türkiyədə fevralın 15-dən etibarən tədris müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayacaq.

bunu ölkənin təhsil naziri Ziya Selçuk deyib.

O bildirib ki, fevralın 15-də məktəbəqədər təhsil müəssisələri işə başlayacaq.

Martın 1-dən ibtidai siniflərdə dərslər həftədə 2 dəfə olmaqla başlayacaq. Bundan başqa, martın 1-də imtahan verməli olan 8 və 12-ci sinif şagirdləri siniflərə qayıdacaq.