Ç. İyn 23rd, 2021

Azərbaycanda tütün məmulatlarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişikldə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması, habelə trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, habelə bütün növ qəlyanlar üçün nəzərdə tutulan tütün və tütün məhsullarının və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Dəyşiklik layihəsində qeyd edilir ki, tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 89,5 faiz, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil etmişdir. Beləliklə tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlmişdir.