Bz. İyn 20th, 2021

“Artıq üçüncü həftədir ki, dünyada koronavirusa yoluxma hadisələrinin sayı azalır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

Baş direktorun sözlərinə görə, bu nəticə infeksiyanın idarə oluna biləcəyini göstərir: “Eyni zamanda bu nəticə pandemiyaya qarşı tədbirləri davam etdirməklə infeksiyanın yayılmasının qarşısını almağın mümkünlüyünü göstərir”.

Qebreyesus müvafiq tədbirlərin davam etdirməyi son dərəcə vacib olduğunu diqqətə çatdırıb: “İnfeksiyanın yayılmasının idarə edilməsi həyatımızı xilas etməklə yanaşı, yeni növlərin yaranma şansını azaldır”.

ÜST rəhbəri əlavə edib ki, səhiyyə sektorunda informasiya sistemlərinin gücləndirilməsi də böyük əhəmiyyətə malikdir.