Bz. İyn 20th, 2021

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yeni, beynəlxalq tələblərə cavab verən Elektron kitabxanası müəllim və tələbələrin istifadəsinə verilib.

UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Adilə Abdullayeva tərəfindən UNEC-in rəsmi Facebook səhifəsi üzərindən Elektron kitabxananın geniş təqdimatı da keçirilib.

UNEC-in professor-müəllim heyəti və tələbələr e-kitabxananın resurslarını şəxsi kabinetlərindən, əməkdaşlar isə istifadəçi adı ilə daxil olmaqla istifadə edə biləcəklər. Elektron kitabxanada resurslar üzrə ətraflı axtarış imkanı yaradılıb. Axtarış həm UNEC-in elektron resurları, həm də abunə olunan bazalar üzrə həyata keçirilir. Oxucular elektron kitabxanada İPR books, EBSCO-nun Hiperkitap, ProQuestin Ebook Central bazasından, eləcə də Kembric Universiteti, İKSAD yayın evi, Ankara və İstanbul universitetləri, The Universal Digital Library, World Digital Library, ECONBİZ kimi açıq resurslardan istifadə edirlər. Həmin bazalarda müxtəlif dillərdə minlərlə e-resurslar mövcuddur.

Elektron kitabxanada UNEC KİM haqqında bütün məlumatlar bir platformada toplanıb. İlk dəfə olaraq, həmin platformadan kitabxananın elektron kataloqunda axtarış aparmaq imkanı da yaradılıb.