Be. İyn 21st, 2021

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 444 mindən çox artıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 444 580 nəfər yeni koronavirusa yoluxub, 10 885 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 102 584 351, ölənlərin isə 2 222 647 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.