Ca. İyn 24th, 2021

Vətən Müharibəsi iştirakçısı Sadıxbəyli Ramin Qaçay oğlu Kürdə batıb.

Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə FHN-ə məlumat daxil olub.

Axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.