CƏMİYYƏTGündəmSON XƏBƏRSOSİALUmumiXƏBƏRLƏR

Beynəlxalq  Elmlər  Akademiyasının  Azərbaycan Bölməsinin təntənəli iclası keçirilib

 

Beynəlxalq  Elmlər  Akademiyasının  Azərbaycan Bölməsinin (BEA AB) təntənəli iclası olmuşdur. Keçirilən iclasda Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) prezidenti,  geologiyamineralogiya elmləri doktoru, professor  Elçin  Xəlilov,  AMEAnın  və  BEA-nın  tanınmış  alimləri, AMEAnın akademikləri  Beynəlxalq Elmlər  Akademiyasının  Azərbaycan  bölməsinin  fəxri  prezidenti, Azərbaycan Respublikası Milli Məclisi nin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, AMEA  prezidentinin müşaviri akademik Əli Abbasov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitseprezidenti, filologiya elmləri doktoru,  professor    Çingiz  Hüseynzadə, BEA  AB-nin  vitse-prezidenti  professor Məhbubə Vəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, BEA AB-nin akademiki,  professor  Ədalət  Muradov, Azərbaycan Respublikası Nazirlər Kabineti “Sənaye və Energetika” şöbəsinin müdiri, BEA  AB-nin  akademiki,  professor  Elşən Hacızadə, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbacan Respunlikasını akademiki, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Namiq Tağıyev, BEA AB-nin akademiki, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı Şövqi Göyçaylı, BEA ABnin akademiki, professor, ictimaisiyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Azərbaycan Tibb Universitetinin prorek toru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, professor Sabir Əliyev, BEA AB-nin akademiki, Azərbaycan Res publikasının Gürcüstan və Moldovada sabiq  fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev, “Azərbaycanım” beynəl xalq jurnalının təsisçisi və baş redaktoru, BEA-nın Fəxri  Akademiki  Emil  Nəsirli,  BEA-nın    yüksək mükafatı  “Qızıl döş nişanı” laureatı, Ensiklopediya Nəşriyyatının direktoru Fikrət Nağıyev, tanınmış rəssammodelyer, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, Moldova İctimai Palatasının sədri Aure liya Qriqoriu və digər görkəmli alimlər, ictimai xa dimlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Beynəlxalq Elmlər Akademi yasının Azərbaycan Bölməsinin Prezidenti professor Elçin Xəlilov açıb və iştirakçılara məlumat verib ki, Beynəlxalq Elmlər Şurası  Beynəlxalq Elmlər Akademiyası 1984cü ildə iki dəfə Nobel mükafatı laureatı Linus Paulingin təşəbbüsü ilə yaradılıb və  onun təsisçiləri dünya miqyasında görkəmli siyasi və ictimai xadimlər olan 119 Nobel mükafatı laureatıdır. Professor Elçin Xəlilov xatırladıb  ki,  BEA  Azərbaycan  Bölməsi  Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan  Respublikasının  Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaradılıb. Hazırda  Beynəlxalq  Elmlər  Akademiyasının prezidenti  olan  Valter  Kofler  BEA-nın yüksək mükafatı  “Qızıl döş nişanı”nı və BEA-nın Fəxri akademiki diplomuna layiq görülməsinin təqdimat mərasimində Heydər Əliyevlə görüşmək şərəfinə nail olub. Bu nunla bağlı məlumat “Heydər Əliyev mükafatı”  Dövlət  kitabına  yerləşdirilib.  BEA AB-nin təsisçiləri Milli Azərbaycan Akade miyası, Milli Aviasiya Akademiyası ilə ya naşı,bütün         dövlət   universitetləri   və Azərbaycanın nüfuzlu tədqiqat təşkilatlarıdır. BEA AB-nin ilk fəxri prezidenti  təsis yığıncağında  akademik Cəlal Əliyev seçilib. Daha sonra Milli Məclisin sədri, professor Murtuz Ələsgərov və akademik Ziyad Səmədzadə Fəxri prezident seçiliblər.

BEA AB-nin Prezidenti professor Elçin Xəlilov daha sonra tədbir iştirakçılarına akademik Ziyad Səmədzadəni 80 illik yubileyi münasibətilə təntənəli təbrik müraciətinin qəbul olunduğunu bildirib və Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik, professor Valter Koflerin akademik Ziyad Səmədzadəyə ünvanladığı təbrik məktubunun  mətnini təqdim edib. Azərbaycan elminin ən qabaqcıl nümayəndəsi olan akademik Ziyad Səmədzadənin zəngin fəaliyyətindən bəhs edən professor Elçin Xəlilov ona Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının  “Sərhədsiz  Elm”  Qızıl  Medalını  (Almaniya, Münhen)  təqdim  edərək  bir  daha  BEA  AB-nin bütün üzvləri adından yeni elmi yaradıcılıq uğurları arzulayıb.

Fəxri prezident, AMEA və BEA-nın akademiki Ziyad Səmədzadə tədbir iştirakçılarını salamlaya raq bildirib ki, dünya təcrübəsinə görə məhz bazar iqtisadiyyatı şəraitində azad rəqabətə imkan yarat maqla, dövlət sektoru ilə yanaşı, özəl sektorun for malaşdırılması  və  onun  imkanlarından  istifadə etməklə iqtisadi inkişafa, ölkənin tərəqqisinə nail olmaq mümkündür. Daha sonra akademik Ziyad Səmədzadə son dövrlərdə Azərbaycan elminin qar şısında duran vəzifələrdən geniş bəhs edib, BEA AB-nin bu istiqamətdə fəaliyyətini yüksək qiymət ləndirdiyini bildirib. Həmçinin ona 80 illik yubileyi münasibətilə arzularını dilə gətirən, onun fəaliy yətinə layiqli qiymət verən tədbir iştirakçılarına, BEA-nın  rəhbərliyinə,  üzvlərinə  minnətdarlığını bəyan edib.

Tədbirdə çıxış edən Beynəlxalq Elmlər Akademi yasının Azərbaycan Bölməsinin tanınmış simaları olan AMEA prezidentinin müşaviri akademik Əli Abbasov, AMEA Yer Elmləri Bölməsinin akademik katibi Pərviz Məmmədov, Azərbaycan Milli Olim piya Komitəsinin vitseprezidenti, filologiya elmləri doktoru, professor Çingiz Hüseynzadə, BEA AB-nin vitseprezidenti professor Məhbubə Vəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, BEA AB nin akademiki, professor Ədalət Muradov, Azərbaycan Respublikası Nazirlər Kabineti “Sənaye və Energetika” şöbəsinin müdiri, BEA AB-nin akademiki, professor Elşən Hacızadə, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbacan Respublikasının Auditorlar Palatasının sədri, BEA  AB-nin  akademiki,  iqtisad  elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru professor Namiq Tağıyev və baş qaları vurğulayıblar ki, genişmiqyaslı araş dırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın  sosialiqtisadi  inkişaf  pro blemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş tanınmış elm xadimi, Milli Məclisin deputatı “Şöhrət” və “Şərəf” ordenli, akademik Ziyad Səmədzadənin elmi və ictimai siyasi fəaliyyətihər zaman yüksək qiymətləndirilib. Çıxış  edən  iştirakçılar həmçinin akademik Ziyad Səmədzadənin dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini  Azərbaycanda  təbliğ  edən  alim kimi zəngin fəaliyyətinin hər zaman dövlətin və xal qın tələblərinə cavab verdiyini xüsusi vurğulayaraq, mənalı ömür yolunun 80ci pilləsinə qədəm qoymuş alimin  bu  gün  də  yorulmadan  yazıbyaratmasını, parlamentdə və cəmiyyətdə fəallığı ilə daim seçildi yini, elmi çevrələrdə Azərbaycanda iqtisad elminin ağsaqqalı kimi qəbul olunduğunu fərəh hissi ilə təd bir iştirakçılarının nəzərinə çatdırıblar.

Tədbirdə çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, BEA-nın Fəxri akademiki Emil Nəsirli akademik Ziyad Səmədzadəyə “Azər baycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azər baycanın Qüruru” qızıl ordenini təqdim edib. Ziyad Səmədzadənin qeyd olunan mükafata layiq görülməsi münasibətilə bir daha “Azərbaycanım” beynəl xalq   jurnalının   Redaksiya   Şurası   və   jurnalın kollektivi adından alimi təbrik edən Emil Nəsirli, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayıb.

Tədbir Beynəlxalq Elmlər Akademıyasının seçılmış akademıklərınə və müxbır üzvlərınə dıplomların təqdım olunması ilə davam edib.

BEA  AB-in  yeni  həqiqi  üzvləri  seçilmiş  Azər baycan Dövlət İqtisad Universitetin rektoru, Rusiya Təbiət Akademiyasının Akademiki, iqtisadiyyat elm ləri doktoru, professor Muradov Ədalət Cəlal oğ luna,  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitu tunun direktoru, “Ginekologiya və Perinatologiya nın inkişafına dəstək” Assosiyasiyasınin Prezidenti, professor  Qurbanova  Cəmilə  Fazil  qızına,  Azər baycan Standartlaşdırma İnstitutunun baş direktoru, professor Tağıyev Namiq Faiq oğluna, M.Topçuba şov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Ağayev Rauf Maqsud oğluna, Azərbaycan Tibb Universitetinin prorektoru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü, Azərbaycanın Əməkdar  Elm  xadimi,  professor  Əliyev Sabir Cahan oğluna, xaricdə yaşayan Azər baycan  alimi    BEA  AB-nin  akademiki, Amxirst  Təhlükəsizlik  İnstitutunun  üzvü (ABŞ), hüquq elmləri doktoru Kamal Makili Əliyevə BEA-nın həqiqi üzvü diplomları təqdim olunub.

Həmçinin  Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin dosenti,rəssammodelyer, əməkdar incəsənət xadimi Xələfova Fəxriyə Rafiq qızına, Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitu tunun  elmi  işçisi,  ABŞ-da  International Infection Diseases (ISID) təşkilatının üzvü, “Ginekologiya və Perinatologiyanın inkişa fına dəstək” Assosiyasiysınin neonatoloqiya üzrə eksperti, “Muasir Ginekologiya və Pe rinatologiyanın aktual məsələləri” jurnalı nın elmi redaktoru, tibb üzrə fəlsəfə doktoru Əlizadə Səmayə Fərzulla qızına,  Elmi Təd qiqat “Mamalıq və Ginekologiya” İnstitutunun elmi işçisi, “Ginekologiya   və Perinatologiyanın inkişafına dəstək” Asso siasiyasının, Amerika Beynəlxalq Tədqiqat çılar Assosiasiyasının (ABŞ) və Beynəlxalq İnkişaf və Tolerantlıq Assosiasiyasının (Ya poniya)  üzvü,  tibb  üzrə  fəlsəfə  doktoru Hüseynova Səadət Arif qızına BEA AB-nin müxbir üzvü diplomları təqdim edilib. Tədbirdə Moldova İctimai Palatasının sədri, ictimai xadim, dövlət idarəetmə və hüquq üzrə magistr Aureliya Andreyevna Qriqoriuya BEA AB-nin xarici müxbir üzvü diplomu təqim olunub. Qeyd olunan diplomları sahiblərinə təntənəli ic lasda BEA AB-nin Fəxri prezidenti akademik Ziyad Səmədzadə təqdim edib.

Daha     sonra    tədbir    iştirakçıları  tərəfindən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq strate giyasının həyata keçirilməsinə uyğun olaraq BEA AB-nin fəaliyyətinin əsas istiqamətlərinin müzakirəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi, “Azərbaycanım”

Oxşar məqalə

Back to top button