Paylaş

Polad Haşımovun əlindən fəxri fərman alan,  Şuşa uğrunda mübarizədə igidliklə  döyüşən, bədəninə batan dəmiri  kəlbətinlə çixaran, yaralanmağına baxmayaraq  döyüşə davam edən ,  çətin vəziyyətdə qalan yaralı yoldaşlarını ölümdən xilas edən, Döyüşçü yoldaşının cəsədinin  düşmən  texnikasinin altında qalmaması üçün  öz həyatından  keçməyə hazır olan , yoldaşlarıyla birlikdə dörd gün ac-susuz qalan, Şuşaya ilk dəfə maşın sürən, ermənilərin başına pul qoyduğu, Qoca, Dayı ləqəbli, Naxçıvan qartalı kimi tanınan  Xüsusi Təyinatlı Şuşa Fatehi  Malik Cəbiyev.

Cabiyev Malik Əjdər oğlu, 1981-ci ilin yanvar ayının 19-da Culfa rayonun Bənəniyar kəndində anadan olmuşdur.

1999-cu ilin iyul ayında həqiqi hərbi xidmətə getmişdir. 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidməti bitirmiş, 2002-ci ilin sentyabr ayının 15-də silahlı qüvvələrin Təlim və Tədris mərkəzinin «gizir hazırlıq kursuna qəbul olunmuşdur.

9 fevral 2018-ci il tarixden N saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyün başçavuşu vəzifəsinə təyin olunmuşdur.

Malik Cəbiyevin Şuşa qalasını ələ keçirmək üçün çəkilən əziyyətləri misilsiz olub. Düşmənin tanklarını , bemplərini məhv edib, özlərini məhv edib. Şuşa məscidinə  dostları ilə birlikdə  xalçaları öz əlləri ilə düzüb, oraya möhür aparıb namaz qılmaq arzusunu həyata keçirib.

Malik Cəbiyevə atılan güllə cibindəki telefonu deşib, şükür Allaha ki, hərbiçimizə  zərər dəyməyib, Cəbiyev deyir ki, Şuşanı  cirmaqlayaraq, əllərimizlə  almışıq. Allah Ali baş Komandanımızı və  bütün Hərbiçilərimizi qorusun .

Malik Şuşadan qayıdandan sonra  Beyləqan şəhərinə gətirildi. 15 noyabrda onun görüşünə getdik. Söhbət zamanı onun İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli yolu bizə anlatmağını xahiş etdik. Qəhrəman oğlumuz Şuşanı yoldaşları ilə birlikdə necə xilas etdiklərini anlatmağa başladı:

2020-ci ilin oktaybr ayının 17-də Culfa rayonundan Naxçıvanda Heyder Eliyev adına hava limanına geldik. Günün ikinci yarısında Bakı beynəlxalq hava limanına çatdıq. Həmin gece «N» saylı hərbi hissədə qaldıq. Oktyabrın 18-də saat 08:00 radələrində Bakı-Saatlı -Beylaqan marşurutu ile marş keçirildi. 15:00 da Fizuli rayonunun Dünyamalılar kəndinə çatib döyüş tapşırıqlarının yerinə yetirmək üçün hazırlıqlara başladıq.19 oktyabr tarixində N saylı XTBr tərkibinə verildim. Günün ikinci yarısında Hadrut yaşayış məntəqəsinə hərəkət etdik ve Qırmızıqaya kəndinin yaxınlığında yüksəkliklərdə yerləşdik. Axşam tərəfi kəndə girdik ve düşməndən təmizlədik. 20 oktyabrda Tuğ kəndinə girdik və düşməndən təmizlədik. Ayın 21-de Azak yaşayış məntəqəsini ve adsız yüksəklikləri  ələ keçirərək təminat-təxliyyə yollarını nəzarətə götürdük . 22-de Köç y.m istiqamətində hərəkət etdik ve kəndi düşməndən təmizlədik. Oktyabr ayının 23-də saat 06:00 radələrində  Köç y.m- dən yüksəkliyə hərəkət edib ələ keçirdik. Martini-Qırmızıbazar istiqamətində təminat yollarını nəzarətə götürdük. Oktyabrın 24-də Çanaqçı meşəsinə hərəkət etdik. 27-si Çanaqçı meşesindən Şuşa istiqamətinə hərəkətə başladıq Şuşa istiqamətində meşədə gecələdik. 29-u Daş altı kəndinin üstündəki adsız yüksəkliyi ələ keçirdik ve orada tertibləndik. Oktyabrın 30-da Topxana meşəsinə çatdıq. Noyabrın 1-də Xocavənd-Şuşa istiqamətində sursat anbarı artilleriya vasitəsiylə vuruldu və partlayış baş verdi. Partlayış nəticəsində mərmilər ətrafa səpələndi deyə meşədə mövqeləndik. Ayın 2-də Laçin kalidorunu nəzarətə götürdük. Və adsız yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirdik. Ayın 3-də səhərə yaxın Xankəndiylə Şuşa istiqamətində hərəkətə başladıq. Noyabrın 4-də günorta yüksəklikdə yerləşən  komanda məntəqəsinin yaxınlığında yerləşdik. Ve sonra hücum edərək Şuşa-xankendi yolunu nezaretə götürdük. Bu əməliyyatda MAHHXHQ esger Yüzbaşıyev İsmayıl Fezail oğlu şəhid oldu. Digər yoldaşlarıma bunu bildirmədim ki, onlar psixoloji zəifləməsindən.  Bundan sonra ayın 5-də gecə saat 03:00 radələrində Şuşa şəhərinə hücuma başladıq. Şuşa türməsinin yanında düşmən pusqusuna düşdük, çox sayda yaralılarımız və 1 nəfər kiçik gizir Samir Mehdiyev şəhid oldu.İrəli gedəndə Samirin qalxmadığını gördük. Allah ona rəhmət eləsin. O qədər pis olduq ki, o çox ac idi , susuz idi. Elə deyirdi ki , çatsaydiq bir tikə çörək yesəydik. Su içsəydik. Yazıq həqiqətən çox ac idi. Allah haqqı. Evin bir oğlu idi,  o da şəhid oldu.

Bir anlıq susur…

Yenidən sözə başlayır:

Buna baxmayaraq pusqudan çıxdıq və Şuşa qalası istiqamətində hücumu davam etdirdik. Şuşa qalasının yanından ötüb keçdik qorunmaq üçün Muzeyin zirzəmisində mövqelendik. Noyabrın 6-da men bir yarım grupla pusquda olan şəhid va yaralıların ardınca getdim.

Türmədən bir nəfərin bizə tərəf qışqırmağın gördüm. Düşmən bilib mövqeləndik.Birazdan bizimkilərdən olduğunu bildim . Mən yanımdakılara qorxmayın deyib  ayağa qalxdım. Yaxınlaşdım .D.G bt.dan Kərimov Sənan olduğunu gördüm. Gəldim məni qucaqladı ki, Cəbi, sən mənə bir dünya verdin.

Onun necə olduğunu soruşdum.  O isə “məni boş ver” dedi və məni içəri saldı. Ora çox darısqal idi .  İçəridə 6 nəfər daxili qoşunların heyətlərindən olan ağır  yaralılar var idi. Onları çölə çıxardanda Xankəndi istiqamətindən Şuşa istiqamətinə tankları və heyəti qalxırdı. Artrelya və tanklardan bizə atəş açırdılar. Mən bir 06 markalı avtomobil  gördüm  işə saldım yaralıları həmin maşınla  ordan  çıxardım, xilas etdim .

Yəqin ki  türmənin polislərinin maşını idi.  Tanklar  sağa sola hara gəldi atırdılar bunlara baxmayaraq  Tanrı bizə qanad verdi elə bil. Heç vaxt keçmədiyim o Şuşa yollarında maşını sürürdüm. Şuşa hamamının qabağından keçəndə daha  İki nəfər yaralını gördüm. Maşinda yer olmadığından onları maşının baqajina yerləşdirdik və  xilas etdik.

Şahid ve yaralıları Şuşa məktəbinə yerləşdirdik. Yaralarını təmizlədik, bağladıq. Həmin təhlükədən onları çıxartdım. Noyabrın 7-de pusquda gözlədik və digər qruplarla Şuşadan düşməni temizledik. Noyabrın 8-də Şuşanın azad olunması Cənab prezidentimizə məruzə olundu və 9 noyabrda    müqavilə imzalandı.

Bu müsahibəni aldıqdan bir neçə gün sonra Kəlbəcərə getdilər. Polad Haşımovun  çəkdirdiyi yolları çox yaxşı tanıdığı üçün həm də bir bələdçi kimi öndə gedirdi. Tez – tez vurğulayırdı “rəhmətlik Generalımız Polad Haşımov bilirdi ki, bu yollar bizə lazım olacaq çəkdirirdi. Allah ona rəhmət eləsin.”

General Polat Həşimov- un əllərindən, Fəxri fərman  alaraq Onun döyüş yolunu  layiqincə davam etdirir. Necəki, Generalımız öz çəkmələrini əsgərinə hədiyyə etmişdir eləcə də əsgəri ac qalmasın deyə öz yeməyini dəfələrlə əsgərlərinə paylayir  Malik Cəbiyev. O Deyir ki, mən yaşlıyam, təcrübəliyəm , dözə bilərəm amma əsgərlərim ac qalmasın.

Həyatını vətəninə xalqına həsr edən bu insanın hələ də öz evinin olmaması buna sübutdur.. Malik Cəbiyev  Mənim evim vətənimdir , vətənim menim evimdir , Allah şəhidlərimizə rəhmət eləsin,Qazilərimiz şəfa tapsın inşallah -deyir.

Onun Müharibədən qayıtmağı bütün Naxçıvan əhalisini sevindirdi. Onları qarşılamaq üçün gecənin gec saatları olmağına baxmayaraq  yüzlərlə insan toplanmışdı.

Prezidentimiz dəfələrlə öz çıxışlarında Naxçıvan xüsusi təyinatlı qüvvələrinin zəhmətini dəyərləndirmiş və onların qəhrəmanlıqlarını xüsusi vurğulamışdır.

2-ci Qarabağ müharibəsindən sonra Malik Cəbiyev Azerbaycan Respublikasının prezdentinin sərəncamı ilə “igidliyə görə” və “Şuşanın azad olunmasına görə ” medalı ilə təltif olunmuşdur. Hal-hazırda N saylı hərbi hissənin 3-cü xüsusi təyinatlı bölüyünün baş çavuşu vəzifəsində xidmətə davam edənir. Bu yaxınlarda Müdafiə Nazirliyindən qəhrəmanımızla əlaqə saxlanılmış və Naxçıvan heyətindən artıq tarixə düşən şəxsiyyət olduğunu  qeyd etmişlər.

 

VƏTƏNİMİZİN KEŞİYİNDƏ HƏR ZAMAN

AYIQ-SAYİQ DAYANAN  XÜSUSİ TƏYİNATLI

BAŞ GİZİR MALİK CƏBİYEV

(Nəvələrimin əmisinə)

Şərəfli adın var, sən vətən oğlu,

Şücaət göstərsən, ey vətən oğlu.

O torpaq altında ulu baban  var,

Səninlə qürurlu elin oban var.

 

Səngərdə ayıq ol,düşmən xaindi,

Quyruq bulayırlar yaltaqlar indi.

Hünər göstər sən, zəfərlər qazan,

Adına yazılsın qəhramanlıqlar,

Tanrı özü olsun köməyində yar

 

Dinlə gəl sən məni ,sənə sozum var,

Qələbə gününə qurbanlığım var.

Tanıyır el səni cəsarətlisən,

Səninlə qürurlu elin oban var.

SEVDA İBRAHİMLİ,

şairə-publisist